Kim Çen In ölkənin səhiyyəsini tənqid etdi
Bizi izləyin

Digər

Kim Çen In ölkənin səhiyyəsini tənqid etdi

Şimali Koreya lideri Kim Çen In tibbi avadanlığın istehsalı üzrə zavodlardan birinə baş çəkməsindən sonra ölkənin səhiyyə sektorunu tənqid edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Koreyanın Mərkəzi teleqraf agentliyi (STAK) bildirib.

Agentliyin məlumatına görə, Kim Çen In Pxyonan-Pukto əyalətində tibbi avadanlığının istehsalı üzrə zavodun pis vəziyyətindən məyus olub.

“Başqa sektorlarda son illərdə əhəmiyyətli sıçrayışlar oldu, amma ictimai səhiyyə sektorunda sıçrayış heç vaxt olmayıb, o daha da passiv olur. Bu sektorda heç nəylə fəxr etmək olmur. İstehsal mühitinin səviyyəsini dəstəkləyəcək belə müəssisə yoxdur, avadanlığın müasirləşdirilməsi haqqında heç danışmıram”, - Kim Çen In deyib.

O həmçinin hökuməti və xalq hakimiyyətinin bütün orqanlarını ictimai səhiyyə sektorunun maddi-texniki bazasının möhkəmləndirilməsi üzrə işində öz rolunu məsuliyyətlə yerinə yetirməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm