14 suriyalı miqrant son anda xilas edildi - - FOTO
Bizi izləyin

Digər

14 suriyalı miqrant son anda xilas edildi - - FOTO

Türkiyə ilə Kipr adası arasındakı beynəlxalq sularda içərisində 14 suriyalının olduğu gəmi son anda batmaqdan xilas edilib.

Publika.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qeyri-qanuni immiqrantları daşıyan gəminin mühərriki xarab olduğu üçün uzun müddət suyun səthində qalıb.

Şimali Kipr Türk Cümhuriyyətinə qeyri-qanuni yolla immiqrant gətiriləcəyi xəbərini alan sahil təhlükəsizlik komandanlığı bölgədə axtarış və xilasetmə qruplarının helikoterləri ilə birlikdə gəmini aşkar edib. Suriyalılar tibbi müayinədən keçirilib, xarab olan gəmi isə Qazimusa limanına aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm