İki avtobus toqquşdu: 19 ölü, 35 yaralı
Bizi izləyin

Digər

İki avtobus toqquşdu: 19 ölü, 35 yaralı

Pakistanın şimal-şərqində yerləşən Pəncab əyalətində iki avtobus toqquşub.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 19 adam həlak olub, 35-i yaralanıb.

Avtobuslarda təxminən 70 nəfərin olduğu, yaralıların çoxunun vəziyyətinin ağır olduğu bildirilir. Polisin məlumatına görə, hər iki avtobus böyük sürətlə hərəkət edirdi.

Qəzanın baş vermə səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm