Sel 300 min baş heyvanın ölümünə səbəb oldu
Bizi izləyin

Digər

Sel 300 min baş heyvanın ölümünə səbəb oldu

Avstraliyada yağışların səbəb olduğu sel nəticəsində 300 min baş iribuynuzlu heyvan ölüb.

Publika.az xəbər verir ki, ölkənin Queensland əyalətinin Tounsville şəhərində ötən həftə ərzində yağan yağış minlərlə evi su altında qoyub.

Yerli medianın yazdığına görə, ötən həftə bir illik yağıntı norması düşüb. Mövsüm quraq keçdiyindən təsərrüfat sahibləri çətin anlar yaşayıb. Lakin birdən-birə yağan yağış və sel 300 milyon dollar dəyərində 300 min baş heyvan itkisinə səbəb olub.

Məlumatda bildirilir ki, bu itki sadəcə bir bölgədən gələn məlumatdır. Sel fəlakətinin baş verdiyi digər bölgələrdə 7-8 milyon inək var. Bu da daha çox heyvan itkisinin olacağını deməyə əsas verir. Heyvan ölümlərini azaltmaq üçün helikopterlərlə palçıq içərisindəki ərazilərə qida atılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm