Turist avtobusu yandı: 26 ölü, 28 yaralı
Bizi izləyin

Digər

Turist avtobusu yandı: 26 ölü, 28 yaralı

Çinin Hunan əyalətində içərisində 56 nəfərin olduğu turist avtobusu hərəkətdə olarkən yanıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Çinin mərkəzi televiziyası bildirib.

Nəticədə, 26 nəfər ölüb, daha 28 nəfər xəsarət alıb.

Alışmanın səbəbi hələlik məlum deyil. Hadisə zamanı avtobusda 53 sərnişin, 2 sürücü və bir ekskursiya rəhbəri olub.

Bütün zərərçəkənlər üç yerli xəstəxanaya çatdırılıb, 5 nəfərin vəziyyətison dərəcə ağır qiymətləndirilir. Hər iki sürücü saxlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm