İdai-nin öldürdüyü insanların sayı 700-ü keçdi - 3 günlük matəm elan edildi
Bizi izləyin

Digər

İdai-nin öldürdüyü insanların sayı 700-ü keçdi - 3 günlük matəm elan edildi

Cənubi Afrika ölkələri - Mozambik, Zimbabve, Malavidə qasırğa və yağış səbəbindən yaranan sel 700-dən çox insanın ölümünə səbəb olub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Mozambikin Ətraf mühit naziri Celso Correia İdai qasırğasə səbəbindən ölənlərin sayının 417-ni keçdiyini açıqlayıb.

Zimbabvedə 259, Malavidə 56 nəfər ölüb. Daşqınlar səbəbindən axtarışlar davam edərkən əhali arasında malyariya xəstəliyinin yayıldığı müəyyən edilib.

Qeyd edək ki, keçən həftə baş verən İdai qasırğası və sellər yarısı uşaq olmaqlar bu üç ölkədə 1.7 milyon insanın həyatına təsir edib.

Qasırğada ən çox itki verən Mozambikdə 3 gün matəm elan edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm