Şri-Lankada daha bir PARTLAYIŞ
Bizi izləyin

Digər

Şri-Lankada daha bir PARTLAYIŞ

Şri-Lankanın paytaxtı Kolomboda yenidən partlayış baş verib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, partlayış kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğu zərərsizləşdirilərkən baş verib. Hadisə nəticəsində xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, həkin kilsədə ötən gün də partlayış olub.

Ötən gün Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 262-ə çatır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm