Dəhşətli QƏZA: ölənlərin sayı 25-ə çatdı - YENİLƏNDİ
Bizi izləyin

Digər

Dəhşətli QƏZA: ölənlərin sayı 25-ə çatdı - YENİLƏNDİ

Boliviyada avtobusun uçurumdan aşağı düşməsi nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb, daha 24-ü yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə yerli polisə istinadən ABI agentliyi məlumat yayıb.

Ölənlərin sayının artma ehtimalı var. Hazırda qəza yerində əməliyyat-axtarış işləri davam edir.

***

Boliviyanın paytaxtı La Pasdan Karanavi şəhərinə hərəkət edən avtobus dəhşətli qəzaya uğrayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, avtobus 100 metr dərinliyi olan dərəyə yuvarlanıb. Nəticədə 11 nəfər həlak olub, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm