Çində tayfun nəticəsində ölənlərin sayı 43-ə çatdı
Bizi izləyin

Digər

Çində tayfun nəticəsində ölənlərin sayı 43-ə çatdı

Çinin şərqində baş verən “Lekima” supertayfun nəticəsində ölənlərin sayı 43-ə qədər artıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Çinin Mərkəzi televiziyası bildirib.

Daha 17 nəfər itkin hesab edilir.

Qurbanlar əsasən Vençjou şəhərinin Yunszya rayonunda qeydə alınıb. Burada torpaq sürüşməsi çayların qarşısını kəsib və nəticədə daşqınlar baş verib. Təbii hadisə hakimiyyəti bir milyondan çox sakini təxliyyə etməyə məcbur edib. Tufandan birbaşa iqtisadi zərər təxminən 2,1 milyard dollar qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm