Maduro ona qarşı sui-qəsd planından danışdı
Bizi izləyin

Digər

Maduro ona qarşı sui-qəsd planından danışdı

Kolumbiyanın keçmiş lideri Alvaro Uribe Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd planını hazırlayırdı.

Publika.az xəbər verir ki, “La Vanguardia” nəşrinin yazdığına görə, bu haqda Maduronun özü bildirib.

“Mən Kolumbiyanın ABŞ-dakı səfiri Fransisko Santonun iştirakı və Alvaro Uribe Velesin rəhbərliyi ilə hazırlanan plan haqqında bildim. 32 muzdlu Venesuelaya gəlməli və məni öldürməyə çalışmalı idi”, - Maduro deyib.

Xatırladaq ki, 2018-ci il avqustun 4-də Maduroya qarşı içinə partlayıcı maddə qoyulmuş dronun köməyi ilə sui-qəsd cəhdi edilmişdi. Hadisə Karakasda prezidentin açıq çıxışı zamanı baş vermişdi. Hücumun təşkilatçısı olan "Flanel əsgərlər” (Soldiers Franelas) qruplaşması Maduronu aradan götürmək üçün yenidən cəhd edəcəyinə söz verib.

Daha sonra dövlət başçısı bildirib ki, onun qətli üçün əmri Kolumbiyanın keçmiş prezidenti Xuan Manuel Santos verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm