"Fernand" qasırğası Meksika sahillərinə çatdı
Bizi izləyin

Digər

"Fernand" qasırğası Meksika sahillərinə çatdı

Atlantik okeanında formalaşmış "Fernand" tropik qasırğası Meksikanın Boka-de-Katan rayonunun (Tamaulipas ştatı) sahillərinə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Su Ehtiyyatları üzrə Milli Komissiyasında bildiriblər.

Məlumata əsasən, qasırğanın daxilində küləyin sürəti saniyədə 26,3 metrə çatır. Meteoroloqların proqnozlarına görə, qasırğa Tamaulipas ştatının bütün ərazisinə və onunla sərhəddə yerləşən NuevoLeon və San-Luis-Potosi ştatlarınınbəzi rayonlarına leysan yağışları gətirəcək.

Sahildə dalğaların hündürlüyü 4 metrə çatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm