Digər
Honkonqda etiraz aksiyası - Polis gözyaşardıcı qazdan istifadə etdi
Honkonq polisi bu gün növbəti etiraz aksiyasına çıxan hökumət əleyhdarlarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Yerli televiziyanın məlumatına görə, metal çubuqlar, sapandlar və lazerlərlə silahlanmış radikal etirazçılar Tun Mun rayonundakı hökumət binası yaxınlığında toplaşıblar. Onlar dövlət bayrağını yandırıblar, əmlaka ziyan vurublar və barrikadalar qurublar.
Polis ayrı-ayrı fəalları saxlayaraq aksiya iştirakçılarını dərhal dağılışmağa çağırıb.
Təhlükəsizlik səbəbilə eyniadlı "Tun Mun" stansiyası, eyni zamanda nümayişlərin gözlənildiyi başqa yerdəki "Yen Lun" stansiyası bağlanılıb.
Qeyd edək ki, Honkonqda kütləvi etirazlar üç aydan çoxdur davam edir. Sentyabrın 4-də yerli administrasiyanın rəhbəri Kerri Lam nümayişçilərin beş tələbindən birini yerinə yetirməyə və cinayətkarların Çinin materik hissəsinə verilməsini təmin edən ekstradisiya haqqında qanun layihəsini tamamilə ləğv etməyə razı olub. Buna baxmayaraq, bir çox gənc müxalifət tərəfdarları aksiyaları davam etdirməyə hazır olduqlarını bildirirlər./report
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?