Digər
13 min gənc itkin düşdü - Ailələr təşviş içindədir
Hindistanın nəzarətindəki Cammu Kəşmirdə bölgənin xüsusi statusunun ləğv edildiyi 5 avqust tarixindən bəri 13 min gənc oğlan itkin düşüb.
Publika.az xəbər verir ki, bu barədə Hindistan Müsləman Qadınlar Forumu araşdırma aparıb.
Milli Hindistan Qadınları Federasiyası və Mütərəqqi Qadınlar Təşkilatının dəstək verdiyi araşdırmada itkin düşənlərin ailələri ilə əlaqə yaradılıb. Ailələrin verdiyi məlumata görə, hind əsgərləri gəncləri girov götürür və yalnız 20-60 min hind rupisi qarşılığında sərbəst buraxırlar.
Hindistan Müsləman Qadınlar Forumu Syeda Həmidin sözlərinə görə, Cəmmu Kəşmirdə axşam namazından sonra işıqlar söndürülür, küçəyə çıxmaq qadağasını pozanların evlərinə basqın edilir və bütün kişilər polis tərəfindən saxlanılır. İnsanlar əsgərlərin gəldiyindən xəbərdar olmaq üçün həyətdə it saxlayırlar.
Gənc qızlar təcavüzə məruz qalır, saxlanılan kişilərin yaşı isə 10-a qədər enib. Həbs edilən uşaqların sonrakı taleyi haqqında heç bir məlumat ala bilməyən ailələr isə artıq üsyan etmək səviyyəsinə gəlib çatıb.
Qeyd edək ki, Cəmmu Kəşmir İngiltərədən ayrılıb müstəqilliyini elan edən 1947-ci ildən bəri öz qanunlarını çıxara bilən hökumətə sahib idi. Bu xüsusi status xarici vətəndaşların bölgədə yaşamasına və mülk əldə etməsinə icazə verməyən vətəndaşlıq qanunu da ehtiva edirdi.
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO