Rusiyadan "Sülh Çeşməsi" ilə bağlı KRİTİK AÇIQLAMA
Bizi izləyin

Digər

Rusiyadan "Sülh Çeşməsi" ilə bağlı KRİTİK AÇIQLAMA

“Terrorçularla mübarizə və Türkiyənin təhlükəsizlyini təmin etmə ehtiyacından şübhəmiz yoxdur”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Türkiyənin təşkil etdiyi “Sülh Çeşməsi" terrorçulara qarşı mübarizə hərəkatı ilə bağlı verilən açıqlamada Türkiyə-Suriya sərhədindəki əməliyyatın ciddi narahatlığa səbəb olduğu vurğulanıb.

Bütün tərəflərə Suriyanın ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşaraq addımlar atılması çağırışı edilib. Həmçinin, PKK/YPG arasında dialoqun qurulması və sabitliyin təmin ediləcəyi qeyd olunub.

Moskvanın bu dialoqa vasitəçi ola biləcəyi vədi də verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm