Prezident və Roma Papasının istifadə etdiyi helikopter qəzaya uğradı, ölənlər var
Bizi izləyin

Digər

Prezident və Roma Papasının istifadə etdiyi helikopter qəzaya uğradı, ölənlər var

Kolumbiyada hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə "Report" RCN radiostansiyasına istinadən xəbər verir.

Qeyd edilir ki, "Bell 412" helikopteri cümə günü Kundinamarka departamentindəki Palankero aviabazasından səmaya qalxdıqdan sonra radarlardan itib. İtmiş helikopteri Kolumbiyanın Hərbi Hava Qüvvələri aşkarlayıb.

İlkin məlumata görə, qəza nəticəsində 6 hərbçi ölüb. Onlardan 2-i zabitdir.

Hərbçilər bildiriblər ki, helikopter yaxşı vəziyyətdə olub və ölkə prezidenti, hətta 2017-ci ildə Roma Papası Fransisk bu ölkəyə səfəri zamanı ondan istifadə edib.

Qəzanın başvermə səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm