Digər
Dəhşətli hadisə ilə bağlı ordu hazır vəziyyətə gətirildi: hər an əmr VERİLƏ BİLƏR - FOTOLAR
Avstraliyadakı meşə yanğınları meqa səviyyəyə çatıb.
Publika.az xəbər verir ki, havanın temperaturu 40 dərəcənin üzərinə qalxıb və şiddətli küləklər başlayıb.
Əlverişsiz hava şəraiti yanğını daha böyük sahəyə yayıb. Buna görə də təkcə Viktoriya ştatında 250 min sakinə evlərini tərk etmək üçün xəbərdarlıq olunub.
Baş nazir Skott Morrison orduya təlimat verərək dərhal hərəkətə keçməyə və yanğınsöndürənlərə kömək üçün hazır vəziyyətə gəlməyə çağırıb.
Avstraliya Fövqəladə Vəziyyət Departamentinin şefi Endryu Krisp “qaça bilirsinizsə, qaçın. Ölkənin kimsəsiz və meşəlik ərazilərindən uzaq dayanmalısınız” sözlərini deyib.
Sahil zonalarındakı yanğınlar son 4 ayda 10.3 milyon hektar (103 min kv/km) əraziyə ziyan vurub. Ən az 27 nəfər ölüb, 1 milyarda yaxın heyvan tələf olub. Təkcə 2020-ci ildə mindən çox ev istifadəyə yararlılığını itirib.
Avstraliya sakinləri Morrison hökumətini yanğınlara gec cavab verməkdə, eyni zamanda qeyri-adekvatlıqda ittiham edir.
NASA-nın peyk fotolarında Avstraliyada nəsilləri təhlükə altında olan bir çox heyvanın yaşadığı Kenquru adasının üçdə bir hissəsinin yandığı görünür. “Terra” peykinin fotolarında isə daha əvvəl yaşıl olan sahələrin qəhvəyiyə çevrildiyi açıq şəkildə sezilir.
Zümrüd
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

