Rusiya AÇIQ ŞƏKİLDƏ TƏHDİD etdi - Cavab veriləcək
Bizi izləyin

Digər

Rusiya AÇIQ ŞƏKİLDƏ TƏHDİD etdi - Cavab veriləcək

Rusiya NATO tərəfindən təşkil olunacaq “Defender Europe 2020” hərbi təlimlərinə adekvat cavab verəcək.

Publika.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov belə açıqlama verib. O bildirib ki, Moskva böyük narahatlıq yaradan belə proseslərə biganə yanaşa bilməz. Diplomatın sözlərinə görə, NATO təlimlərə bitərəf ölkələri də cəlb etmək istəyir. "Bu addımlar tamamilə qanunsuzdur" - deyən Lavrov, təlimlərin Rusiya üçün təhlükəsinə diqqət çəkib.

Qeyd edək ki, “Defender Europe 2020” təlimləri son 25 ildə Avropada keçirilən ən böyük məşqlər olacaq. Məşqlərə amerikalı komandanların başçılıq edəcəyinə dair iddialar var.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm