Digər
3 nazir koronavirusa yoluxda - Karantinə göndərildilər - (YENİLƏNDİ)
İsrailin Ali Təhsil və Su Resursları naziri Zyeev Elkin, İcmanın İnkişafı və Gücləndirilməsi naziri Orli Levi-Abukasis və Din İşləri naziri Yakov Avitan həmkarları - Qüds İşləri üzrə nazir Rafi Peresdə koronavirus aşkarlandıqdan sonra karantinə göndəriliblər.
Publika.az xəbər verir ki, bu barədə İsrail saytları məlumat yayıb. Nazir R. Peresin sosial şəbəkədə yazdığına görə, onun cümə günü verdiyi koronavirus testi pozitiv çıxıb.
Qeyd edək ki, mayın sonlarından İsraildə yoluxma halları artmağa başlayıb. İyunun 6-da 160, iyunun 23-də 460, iyulun 2-də 1026, iyulun 9-da 1650, iyulun 31-də 1367 koronavirus xəstəsi aşkarlanıb.
İsrail Səhiyyə Nazirliyinin müəyyənləşdirdiyi qaydalar mayın 27-dən qüvvədə qalır. Buraya 2 metr sosial məsafə saxlanması və evdən kənarda qoruyucu maska taxılması da daxildir.
xxx
10:41
İsrailin Qüds İşləri naziri Rafi Peretz koronavirusa yoluxub.
Publika.az xəbər verir ki, bu barədə nazir özü tvitter hesabında məlumat yayıb.
“Cümə günü verdiyim koronavirus testi, təəssüf ki, pozitiv çıxdı. Sağlamlığım yaxşıdır. Bütün israilli xəstələrə şəfa təmənna edirəm”, - nazir qeyd edib.
Bundan başqa, İsrail dövlət televiziyası Kanın verdiyi xəbərə görə, Kəşfiyyat naziri Əli Kohen və 2 millət vəkili koronavirusa yoluxanlarla təmasda olduğu üçün özlərini karantinə alıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, 70 min 970 nəfər koronavirusa yoluxub, 512 nəfər ölüb. Xəstələrdən 320 nəfərin vəziyyəti ağırdır. Bu günədək 43 min 850 nəfər sağalıb.
Pandemiyanın ikinci dalğasının yayıldığı İsraildə may ayında 2 mindən aşağı olan aktiv xəstə sayı sürətlə artmaqda davam edir.
Zümrüd
-
Sosial16:26Əsgəran Silah Muzeyi yaradılır
-
Rəsmi xronika15:52İlham Əliyev Qazaxıstanda təməlqoyma mərasimində iştirak etdi
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?





















.jpg)















.jpg)



