Digər
Paytaxtda FÖVQƏLADƏ VƏZİYYƏT elan olundu - 3 mindən çox insan...
Livanın paytaxtı Beyrutda ötən gün meydana gələn dəhşətli partlayışa görə 2 həftəlik fövqəladə vəziyyət elan olunub.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Ali Müdafiə Şurası qərar qəbul edib.
Şura paytaxtda orduya təhlükəsizliyin təmin olunmasını tapşırıb. Hüquq-mühafizə orqanları, gömrük, liman və hava limanlarındakı silahlı qüvvələr, silahlı mühafizə birlikləri və xilasedicilərin ordunun tabeliyinə verilməsini qərarlaşdırıb.
Verilən qərarlar sırasında yaralıların xəstəxana xərclərinin qarşılanması üçün xəstəxanalara maliyyə ayrılması, dünyasını dəyişənlərin ailələrinə kompensasiya verilməsi, partlayışda buğda anbarlarının zərər görməsi səbəbilə buğda tədarükü edilməsi, idxal və ixrac fəaliyyətlərinin davamlılığı üçün Tripoli hava limanının hazır vəziyyətə gətirilməsi, dəyən ziyanın ölçülməsi üçün Livan ordusu ilə əməkdaşlıq çərçivəsində Ali Yardım Komissiyasının yaradılması və bu komissiyanın evləri dağılan ailələrə sığınacaq yaratması, xarici ölkələrdən gələn yardımlar üçün xüsusi fond qurulması yer alıb.
Qeyd edək ki, Ali Müdafiə Şurası daha əvvəl Beyrutu fəlakət bölgəsi elan etmişdi.
Səhiyyə naziri Hamad Həsənin son məlumatına görə, partlayış zamanı 100-dən çox adam ölüb, 3 mindən çox insan yaralanıb.
Zümrüd
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq
-
İdman14 Avqust 19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq




















.jpg)

.jpg)












