Digər
Ölkənin sərhədləri dəyişdi: xəritə paylaşıldı - FOTO
Pakistanın Baş naziri İmran Xan ölkəsinin yeni xəritəsini elan edib.
Publika.az xəbər verir ki, baş nazir Cəmmu və Kəşmirin Pakistan sərhədləri daxilində göstərilən xəritənin Nazirlər Kabineti, ölkə müxalifəti və Kəşmir rəhbərliyi tərəfindən təsdiq edildiyini bildirib.
Cəmmu və Kəşmirin xüsusi idarəçilik statusunun götürülməsinin 1-ci ili ərəfəsində bu addımı atan İmran Xan hadisəni bu torpaqların Pakistana aid olması üçün görülən tədbirlərin başlanğıcı adlandırıb.
Hindistan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Açıqlamada rəsmi İslamabadın əsassız iddialarla çıxış etdiyi bildirilib, bu addım “siyasi axmaqlıq təlimi” adlandırılıb.
Qeyd edək ki, Hindistan 5 avqust 2019-cu ildə konstitusion dəyişikliklə Cəmmu və Kəşmirin xüsusi idarəçilik statusunu ləğv etmiş, bölgəni mərkəzə bağlı 2 Birlik Torpağına ayırmışdı.
Zümrüd
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO







































