Digər
Bu ölkə Rusiyanın təklifini qəbul etdi
Filippin Prezidenti Rodriqo Duterte Rusiyanın ölkəsinə koronavirusa qarşı peyvənd göndərmək təklifini qəbul edib.
Publika.az xəbər verir ki, R.Duterte Davao şəhər sakinlərinə televiziya müraciəti zamanı bəyan edib ki, Rusiyanın ödənişsiz olaraq peyvənd təqdim etmək təklifi onu çox sevindirib.
R.Duterte ölkəsinin bu təklifi böyük məmnuniyyətlə qəbul edəcəyini və lazım olan peyvəndin miqdarını qarşı tərəfə bildirəcəyini deyib.
Agentliyin bildirdiyinə görə, Rusiyanın Filippindəki səfiri ötən həftə ölkəsində səmərəli və təhlükəsiz peyvəndin hazırlandığını bildirib. Filippin Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə peyvənd göndərmək təklifinə görə minnətdarlığını çatdırıb. Filippin Prezidenti isə ilkin olaraq özünün Rusiyadan gələn peyvəndi sınaqdan keçirməyə hazır olduğunu bildirib.
Filippin Prezidenti qeyd edib ki, o, Vladimir Putinə rusların elmi tədqiqatlarına inandığını və həmin peyvəndin insanlıq üçün faydalı olduğunu göstərmək niyyətindədir.
Eyni zamanda, R.Duterte Səhiyyə Nazirliyinə Rusiya tərəfi ilə COVID-19-a qarşı peyvəndin hazırlanması texnologiyasının Filippinə verilməsi təklifini müzakirə etməyi də tapşırıb.
Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Filippində koronavirusa yoluxanların ümumi sayı 136 min 600 nəfəri ötüb, onlardan 68 mindən çoxunun sağaldığı, 2 min 200-nün isə həyatını itirdiyi bildirilir.
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ



































