Digər
Koronavirusun YENİ YOLUXMA YOLU ortaya çıxdı
Braziliya və Ekvadordan Çinə göndərilən bəzi dondurulmuş ərzaq məhsullarında virus aşkar edilib.
Publika.az xəbər verir ki, ölkənin bəzi yerlərində bu məhsulların satışına qadağa qoyulsa da, mütəxəssislər bu paketlərdən virusun ötürülə biləcəyinə dair xəbərdarlıq edib. Odur ki, Çin rəsmiləri bəzi məhsulların idxalını dayandırmağa qərar verib.
ABŞ-ın tanınmış media nəhənglərindən biri olan “Bloomberg” COVID-19-un dondurulmuş qidalarda aşkar edildikdən sonra insanları bu şəkildə yoluxdurma ehtimalını gündəmə gətirib. Mütəxəssislər dondurulmuş qidaların yoluxdurma ehtimalının çox aşağı olduğunu vurğulayıb. Bununla belə soyuducu anbar və ət kəsmə mərkəzləri soyuq və quru olduğu üçün virusun yayılması üçün əlverişli mühit yaratdığı qeyd edilib.
Honkonq Universitetinin Biostatistika və Epidemiologiya şöbəsinin müdiri Benjamin Coulinqin sözlərinə görə, virus dondurulduqda yaşamağa davam edir. Bu, infeksiyanın dondurulmuş qida yolu ilə yayılmasının mümkün olduğunu göstərir: “Dondurulmuş məhsulun üzərində qalan virusa toxunsaq, daha sonra əlimizi burun və ağzımıza vursaq, infeksiyaya yoluxma ehtimalı istisna edilmir. Çox geniş yayılma üsulu deyil, ancaq bu yolla yoluxmaq mümkündür”.
Çinli həkim Jonq Nanşan da virusun idxal olunan dondurulmuş qidadan yoluxma hallarının çox nadir rast gəlinən hadisə olduğunu bildirib.
Aytən Məftun
-
Sosial14:42Əli Əsədov “Bakı Metropoliteni” ilə bağlı sərəncam imzaladı
-
MDB14:07Bu türk dövlətində məmurlara işə pencəksiz gəlməyi əmr etdilər - Səbəb nədir?
-
ABŞ13:00Maduro belə şəraitdə saxlanılır: Bu dili öyrənir, kitab oxuyur - Oğlu danışdı
-
Rəsmi xronika12:48İlham Əliyev Qazaxıstana getdi - Foto
-
Sosial12:45Yağış yağacaq - PROQNOZ
-
Dünya12:18Tramp Çində paylaşımlar edə bilmədi: Onun telefonunu əlindən niyə alıblar?
-
Sosial10:39Bazar günündən metro yeni qrafikdə işləyəcək
-
Sosial09:54Etibarnamə ilə maşın sürənlərin nəzərinə - Gələn aydan...


















_(1).jpg)














.jpg)



