Digər
Bu ölkə 3 gündür rekord qırır - Pandemiyanın yeni mərkəzinə çevrildi
Ötən gün ərzində Hindistanda COVID-19 infeksiyasına 87 min 115 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 4 milyonu ötüb. Hindistan koronavirusa yoluxma sayı 4 milyonu ötən üçüncü ölkədir.
Publika.az pandemiyanın statistikasını aparan “Worldometer” saytına istinadla xəbər verir ki, son günlər koronavirus infeksiyasının yeni episentrinə çevrilən Hindistanda ötən günə olan yoluxma sayı həm də ölkədə COVID-19-a rekord sayda sutkalıq yoluxma halıdır. Ardıcıl 3 sutkadır ki, Hindistanda gündəlik yoluxma sayı 80 mindən çox olub. Son bir neçə gündə Hindistan gündəlik yoluxma hallarının sayına görə dünyada birincidir.
Sentyabrın 4-də COVID-19 infeksiyası səbəbindən 1066 ölüm qeydə alınıb. Bununla da Hindistanda pandemiya qurbanlarının sayı 69 min 635-ə çatıb.
Qeyd edək ki, Hindistanda virusa yoluxanların ümumi sayı iyulun 16-da 1 milyonu, avqustun 6-da 2 milyonu, avqustun 22-də isə 3 milyonu ötüb. Ölkə COVID-19 virusuna yoluxma və ölüm sayına görə ABŞ və Braziliyadan sonra üçüncü sıradadır.
-
Nida Xəbər 09:30Bakıdan İrəvana qayıdan Kristine Qriqoryan jurnalistlərə nə deyib?
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”




































