Digər
Dalğa səviyyəsi 4 metr yüksəlir, küləyin sürəti 80 metrə çatır - VİDEO
Son 50 ilin ən güclü tayfunu kimi xarakterizə olunan “Hayşen”in sürəti saatda 290 km-ə çatıb.
Publika.az xəbər verir ki, tayfunun mərkəzində küləyin sürəti saniyədə 80 metr təşkil edir.
Qasırğa özü ilə 150 millimetrə qədər yağıntı gətirib. Bəzi bölgələrdə bu rəqəm 200 millimetrdir.
Rəsmi məlumatlara görə, Yaponiyanın cənub-qərbində 1,6 milyondan çox insan təxliyə edilməlidir. Bundan əlavə, hökumət yerli hakimiyyət orqanlarına təxminən 6 milyondan çox insanın təhlükəli bölgələrdən çıxarılmasını tövsiyə edib.
Yaponiya mətbuatının verdiyi məlumata görə, fəlakət səbəbindən ən azı 50 nəfər yaralanıb. Güclü küləklər yüz minlərlə evin elektrik enerjisinin itməsinə səbəb olub. Elektrik xətlərinə ciddi ziyan dəyib.
Tayfun artıq Cənubi Koreya sahillərinə çatıb. Meteoroloqlar “Hayşen”in Şimali Koreyanın Conqjin şəhərinə çatana qədər zəifləyəcəyini proqnozlaşdırır.
“Hayşen” tayfunu səbəbilə 9 sentyabr tarixinə qədər fırtına xəbərdarlığı edilib. Küləyin sürətinin saniyədə 32 metrə qədər yüksələcəyi, dənizdə dalğaların 4 metrə çatacağı gözlənilir.
Zümrüd
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...










.jpg)






.jpg)


















.jpg)


