Digər
Vitse-prezidentə SUİ-QƏSD: 2 ölü, 7 yaralı
Əfqanıstanın Birinci vitse-prezidenti Əmrullah Salehən sui-qəsd təşkil olunub.
Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi feysbukda yazıb.
Belə ki, paytaxt Kabilin “Taymani” meydanına partlayıcı yerləşdirilib və Amrullah Salehin avtomobil karvanının keçidi zamanı partladılıb.
Vitse-prezidentə zərər dəyməsə də, hadisə yerindəki 2 nəfər həlak olub, 7 nəfər xəsarət alıb.

Hadisə şahidlərindən biri RİA “Novosti”yə açıqlamasında bildirib ki, qurbanların arasında Salehin mühafizəçiləri də var.
Daha sonra “Tolo News” telekanalı təhlükəsizlik qüvvələrindəki vəzifəli şəxslərə istinadən Əfqanıstanın Birinci vitse-prezidentinin karvanına edilən hücumda ölənlərin sayının 10-a yüksəldiyini və 10-dan çox insanın yaralandığını bildirib.
Vitse-prezidentin ofisi hücumu təsdiqləyib. Telekanalın məlumatına görə, Salehin oğlu Ebad tvitterdə hücum zamanı atasının yanında olduğunu yazıb.
Ə.Saleh daha sonra yayımladığı video-mesajda hadisə zamanı mühafizəçi əməkdaşların yaralandığını söyləyib. O, əlindən və üzündən yüngül xəsarətlər aldığını da çatdırıb.
“Taliban”qruplaşması hadisə ilə heç bir əlaqələrinin olmadığı barədə açıqlama yayıb. Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Zümrüd
-
İdman19:00"Qarabağ" "Tvente"ni keçsə, oyunçular bu qədər mükafat alacaq
-
Hadisə18:20"Qızıl Qaya" kafesi yanıb kül oldu
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?

























.jpg)


.jpg)










