Digər
TARİXİ GÖRÜŞ başladı - Əfqanıstanda yeni dövr
Əfqanıstan hökuməti ilə "Taliban" qruplaşması arasında sülh danışıqları başlayıb.
Publika.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən görüşlərə ABŞ-ın dövlət katibi Mayk Pompeo, NATO və Əfqanıstandakı ABŞ Hərbi Qüvvələri komandanı Skott Miller də qatılıb.
Əfqanıstan Milli Ali Razılaşma Şurasının sədri Abdulla Abdulla çıxışında "Taliban"a millətin səsinə qulaq verməsi və Əfqanıstan hökuməti ilə müzakirəyə qatılmasına görə təşəkkür edib.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu videokonfrans yolu ilə qatıldığı açılış mərasimində görüşü "tarixi fürsət" adlandırıb və müzakirə prosesinin daimi sülhə nail olmağa yol açacağına ümid etdiyini bildirib.
"Taliban"ın Qətər ofisinin nümayəndəsi Molla Məhəmməd Davud müzakirəyə birbaşa başlamaqdan məmnun olduqlarını və illərdir davam edən vətəndaş müharibəsinin başa çatacağını təmənna etdiklərini dilə gətirib.
Pompeo isə çıxışında Əfqanıstanın yenidən terror yuvasına çevrilməməli olduğunu söyləyib.
Zümrüd
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək




































