Digər
Çində yeni epidemiya - 3 mindən çox insan infeksiyaya yoluxdu
Çinin Lançjou şəhərində yeni xəstəlik yayılıb.
Publika.az xəbər verir ki, bir dərman firması müəssisəsində brusellyoz xəstəliyinin törədicisi olan brusella bakteriyası yayılmağa başlayıb.
Ötən il ortaya çıxan bakteriya bu günədək 3 min 245 nəfərə yoluxub.
“Pengpai” xəbər saytı ilk dəfə 2019-cu ilin iyul ayında bakteriyaya qarşı istehsalı gerçəkləşdirilən peyvəndin hazırlığı zamanı firmanın laboratoriyasında böyük səhvə yol verildiyini və bunun epidemiyaya səbəb olduğunu yazıb. Bildirilib ki, peyvənd istehsal mərhələsində buxar emisiyalarının xətalı sterilizasiyası nəticəsində bakteriya küləklə birlikdə havaya qarışıb.
Şirkətin səlahiyyətli şəxsləri isə bakteriya tərkibli tullantı qazların yaratdığı aerozolun havada hərəkət qabiliyyətinin məhdud olduğunu, bu səbəbdən epidemiya riskinin olmadığını açıqlayıb.
Lakin epidemiya yayıldıqdan sonra şirkət 8 nəfəri cəzalandırıb və xəstələrə kompensasiya ödəniləcəyini bildirib.
Brusella bakteriyası nədir?
Qoyun, keçi, donuz, it kimi heyvanlardan insana keçə bilən bu bakteriya çiy ət və pasterizə olunmamış süd məhsullarında yaşaya bilir. Bakteriya daşıyan heyvanın əti, südü, sidiyi və nəcisi yoluyla insana yoluxur. Qızdırma, yorğunluq, tərləmə, əzələ, sümük, qarın ağrıları, iştahsızlıq, çəki itirilməsi, öskürək və baş ağrısı xəstəliyin simptomlarıdır.
Zümrüd
-
Dünya09:00DƏHŞƏTLİ QƏTL: Məşhur modeli hissələrə ayırıb qazanlara yığdılar
-
Maraq dünyası08:32Bu 3 ayda doğulanlar üçün qara günlər geridə qalır
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək




































