Digər
Rus icması da Ermənistanın hədəfində - BƏYANAT
Ermənistanın mülki əhalini atəşə tutması ilə bağlı Gəncə və Qərb bölgəsi üzrə Rus İcması bəyanat yayıb.
Publika.az xəbər verir ki, bəyanatda deyilir:
“Biz – Gəncə və Qərb bölgəsi üzrə Rus İcması olaraq bəyan edirik ki, işğalçı Ermənistan beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, Cenevrə Konvensiyalarının, o cümlədən Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanın, habelə BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarını kobud şəkildə pozmağa davam edir. Belə ki, Azərbaycanın bir sıra şəhər və rayonları ilə yanaşı, son iki gündür ki, döyüş bölgəsi olmayan Gəncə şəhəri də Ermənistan tərəfindən ağır artilleriya atəşinə tutulur. Biz - ərazidə yaşayan etnik rus əhalisi Ermənistan tərəfinin mülki əhalini hədəf seçməsindən narahatıq, Ermənistan rəhbərliyinin təcavüzkar hərəkətlərini qətiyyətlə pisləyir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə bağlı mövqeyini və fəaliyyətini tam dəstəkləyirik".
İmza: Valeriy Kozin
İrina Kalaşnikova
Dmitriy Kozin
Tatyana Orlinskaya
İqor Zubkov
Olga Nabiyeva
Dmitriy Kiriçenko
Tatyana Korotıgina
Qeyd edək ki, Gəncə və Qərb bölgəsində ümumilikdə 15 000-ə yaxın rus yaşayır.
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO
-
Magazin206:16Qızı ilə çimərlik geyimində poza verdi - FOTOLAR



















.jpg)









.jpg)










