Digər
Təmizlikçi kimi getdiyi ölkənin millət vəkili oldu - FOTO
Afrika ölkəsi Eritreyadan Yeni Zelandiyaya təmizlikçi işləmək üçün gedən İbrahim Ömər adlı miqrant ölkənin parlamentinə millət vəkili seçilib.
Publika.az xəbər verir ki, bu barədə ölkənin “Stuff” media qurumu məlumat yayıb.
Bildirilib ki, afrikalının İşçi Partiyasından namizədliyi irəli sürülüb. Beləliklə, o, Yeni Zelandiyanın ilk Afrika mənşəli millət vəkili statusunu da qazanıb.

O, vəzifədə olduğu müddət ərzində az maaşla işləyən insanların problemləri və irqçiliklə mübarizə aparacağını bildirib.
Qeyd edək ki, 2003-cü ildə ölkəsindən qaçaraq Sudana sığınan Ömər Birləşmiş Millətlər Təşkilatının düşərgələrində tərcüməçi işləyib. Daha sonra casusluqda ittiham edilib. BMT-nin cəhdləri ilə həbsdən çıxan Ömər Yeni Zelandiyaya getmə fürsəti tanınıb. O, 2008-ci ildə paytaxt Vellinqtona köçərək təmizlikçi işləməyə başlayıb. 2014-cü ildə Viktoriya Univerisitetinə daxil olub. Müxtəlif qeyri-hökumət təşkilatlarının idarəçiliyində yer alan Ömər daha sonra İşçi Partiyasının namizədi olub.
Zümrüd
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı












.png)





















