Digər
Yabanı quşlarda virus tapıldı - Rusiya və Qazaxıstandan keçdiyi ehtimal olunur
Niderlandda vəhşi qu quşlarında virus aşkarlanıb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Kənd Təsərrüfatı, Təbiət və Qida Keyfiyyəti Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Utrext şəhərinin Kokengen kəndində 6 vəhşi qu quşu ölü tapılıb. Aparılan testlər nəticəsində onların 2-də "quş qripi" aşkarlanıb. Eyni bölgədə yaşayan vəhşi ördəyin isə virus daşıyıcısı olduğu şübhəsi ilə analizlərə başlanıb.
Kənd Təsərrüfatı naziri Karola Şuten virusun yayılmasının qarşısını almaq üçün ev quşları fermalarındakı heyvanların xarici mühitlə əlaqəsinin kəsilməsini istəyib.
Nazirliyin mütəxəssisləri virusun Rusiya və ya Qazaxıstandan köçən quşlar vasitəsilə ölkəyə daxil olduğunu ehtimal edir.
Heyvanlarda rast gəlinən "quş qripi"virusunun yüksək patogen növü olan H5N8 olduğu qeyd edilir.
Zümrüd
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































