Digər
Bu ölkədə Ermənistana qarşı kampaniya başladıldı: minlərlə insan...
Kanadada Ermənistana sanksiya tətbiq olunması üçün imzatoplama kampaniyasına başlanılıb.
Publika.az xəbər verir ki, təşəbbüs ölkədə yaşayan azərbaycanlılar tərəfindən irəli sürülüb.
Mərkəzi Torontoda yerləşən Azərbaycanlı Kanadalılar Mədəniyyət Mərkəzi tərəfindən “change.org” saytında start verilən kampaniyada Ermənistanın dinc əhalini bombalayaraq humanitar və müharibə cinayəti törətdiyi ifadə edilib.
Mərkəzin koordinatoru Anar Cahangirli məsələ ilə bağlı açıqlamasında Ermənistanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ və digər şəhərlərini raket atəşlərinə tutduğunu azyaşlı və qadınlar daxil olmaqla, dinc əhalinin öldürüldüyünü qeyd edib: “Bu səbədən Kanada hökumətini Ermənistana hərbi və ticarət sanksiyaları tətbiq etməyə çağırırıq. Ermənistanın müharibə cinayətlərini Kanada cəmiyyətinin diqqətinə çatdırmağa davam edəcəyik”.
A.Cahangirli, bununla yanaşı, Toronto bələdiyyə sədri Con Toridən Azərbaycanla Ermənistan arasında münaqişəsi ilə bağlı açıqlamasından dolayı üzr istəməsini tələb etdiklərini bildirib.
Qeyd edək ki, imzatoplama kampaniyasına bu ana qədər 2 minə yaxın insan qatılıb. Kampaniyaya türklərlə yanaşı, kanadalılar da dəstək verir.
Zümrüd
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı

































