Digər
Dünyanın ən böyük ticarət müqaviləsi imzalandı - 8 ildən sonra ilk dəfə...
Avstraliya, Çin, Yaponiya və Cənubi Koreya da daxil olmaqla 15 Asiya-Sakit okean ölkəsi dünyanın ən böyük sərbəst ticarət müqaviləsini imzalayıb.
Publika.az xəbər verir ki, müqavilə Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq anlaşması adlanır.
Cənub-Şərqi Asiya Millətləri Birliyinin 37-ci Liderlər Sammiti çərçivəsində keçirilən iclasda Bruney, Kamboca, İndoneziya, Laos, Malayziya, Myanmar, Filippin, Sinqapur, Tailand, Vyetnam, Avstraliya, Çin, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiya liderləri səkkiz illik danışıqlardan sonra razılığa gəliblər.
İclasda çıxış edən liderlər razılaşmanı böyük dönüş nöqtəsi olaraq xarakterizə ediblər: “8 illik 46 danışıqdan və 19 nazir səviyyəsində görüşdən sonra bu gün bu razılaşma imzalandı. Bu müddətdə yorulmadan çalışan əlaqəli ölkələrin və nazirlərin səylərinə görə çox minnətdaram”, - Sinqapurun Baş naziri Li Syan Lun bildirib.
Qeyd edək ki, Çin, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya və Hindistan arasında dünyanın ən böyük sərbəst ticarət müqaviləsi olan Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq razılaşması üçün danışıqlar 2012-ci ildə başlayıb. 2 il ərzində yekunlaşdırılması planlaşdırılan razılaşma, bölgədəki ölkələrin fərqli ticarət prioritetləri səbəbilə davamlı olaraq təxirə salınıb.
Akqabay
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































