Digər
Pakistandan Fransaya ŞOK ZƏRBƏ: 2-3 ay ərzində... - VİDEO
Video əlavə olunub.
xxx
Fransanın İslamabaddakı səfiri arzuolunmaz şəxs elan edilib.
Publika.az xəbər verir ki, səfirin 2-3 ay ərzində ölkədən kənarlaşdırılacağı bildirilir.
Bu qərar Pakistan hökuməti ilə Təhriki Ləbbeyk Pakistan arasında əldə olunan razılaşma çərçivəsində qəbul olunub. Belə ki, həftəsonundan etibarən Ravalpindi şəhərində Fransa Prezidenti Emmanuel Makronun İslam və Məhəmməd peyğəmbərə qarşı radikal çıxışlarını protest edən TLP Fransa səfirinin göndərilməsini, Parisə yeni səfir təyin olunmayacağını, Fransa məhsullarının dövlət səviyyəsində boykot edilməsini və həbs olunan üzvlərinin azadlığa buraxılmasını tələb edib.
Sənəd Pakistan Daxili İşlər naziri İcaz Əhməd Şah və Pakistan Din işləri və dinlərarası uzlaşma naziri Pir Nurul Haqq Qədri tərəfindən imzalanıb. TLP lideri Hüseyn Rizvinin oğlu Səad Rixvi tərəfindən mətbuata təqdim olunub.
Pakistan hökuməti məsələ ilə bağlı hələ ki açıqlama verməyib.
Daxili İşlər Nazirliyi son bir neçə gündə Pəncabda həbs olunan TLP üzvlərinin azadlığa buraxılması təlimatı verib.
Qeyd edək ki, Pakistanın Parisdəki səfiri Muniul Haqq avqust ayında ölkənin Pekin səfiri təyin olunmuşdu. Onun yerinə Parisə başqa səfir göndərilməmişdi.
Xatırladaq ki, Pakistanı Fransanın Dağlıq Qarabağla bağlı ermənipərəst mövqeyi dərindən narahat edir.
Zümrüd
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































