Digər
Yeni nadir virus yayıldı - 2004-dən sonra ilk dəfə...
Boliviyada nadir rast gəlinən virus yayılıb.
Publika.az xəbər verir ki, ölkənin paytaxtı La Pasda Çapare virusu ölkənin səhiyyə işçiləri arasında yoluxmaya səbəb olub.
İnfeksiyanın yaratdığı xəstəliyin 3 nəfərin ölümünə səbəb olduğu bildirilir. Onlardan biri xəstəxananın pasiyenti olub.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin araşdırmaçıları Ebola kimi qanaxmalı qızdırmaya səbəb ola bilən Çaparenin 2019-cu ildə ortaya çıxdığını bildirib.
Qeyd edək ki, bundan əvvəl 2004-cü ildə La Pasdan 600 km məsafədə yerləşən Çapare bölgəsində bu virus ortaya çıxmış və 1 nəfərin ölümünə səbəb olmuşdu. Virusun adı ortaya çıxdığı yerlə əlaqələndirilir.
Çapare virusunun siçanlardan insanlara keçdiyi ehtimal olunur. Orqanizmin mayesi ilə yoluxan bu tip virusları nəzarət altına almaq tənəffüs yolu ilə yoluxan COVID-19 kimi viruslara nisbətən daha asandır.
Virusun yaratdığı xəstəlik qızdırma, qarın ağrısı, qusma, diş əti qanaması, dəri qızartısı və pullanması, gözlərin arxasında ağrı ilə özünü büruzə verir.
Virusun pandemiyaya səbəb olma ehtimalı mövcuddur.
Zümrüd
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Böyük məbləğdə pul daxilolması gözlənilir
-
Magazin118 Oktyabr 22:48Xəyalə Quliyeva övladları ilə - FOTO
-
Avropa18 Oktyabr 22:36Makron iğtişaşlara qarşı tədbir görülməsini tələb etdi
-
Avropa18 Oktyabr 21:48Parisdə iğtişaşlar yenidən alovlandı
-
Magazin218 Oktyabr 21:00Ebru Gündeş səhnəyə həmin 100 min dollarlıq kəmərlə çıxdı - VİDEO



































