Digər
Qarabağda terrorçuları silahlandıran ölkədən Türkiyəyə qarşı addım
Birləşmiş Ərəb Əmirlikləri Liviyada yeni müharibə başlatmaq üçün hərəkətə keçib.
Publika.az xəbər verir ki, Əbu Dabi vəliəhd şahzadəsi Məhəmməd ibn Zayedin Serbiya istehsalı “Morava” yeni nəsil topçu raket sistemi ilə inqilabçı general Xəlifə Haftara dəstək verdiyi ortaya çıxıb.
Rusiyanın “Zvezda” xəbər kanalı bu barədə məlumat yayıb.
Qeyd edək ki, “Morava” topçu raket sistemi 2011-ci ildə dizayn olunub. 2019-cu ildə Serbiya ordusunun arsenalına daxil edilib. Sistemin ikinci istifadəçisi BƏƏ ordusudur. “Morava” müxtəlif kalibrdə sursatdan istifadə edə bilməsi, sürətli şəkildə yenidən doldurulma və hədəfləmə qabiliyyətləri ilə diqqət çəkən topçu sistemidir.
BƏƏ-nin Liviyada silahlı pilotsuz uçuş aparatları istifadə etdiyinə dair dəlillər əldə edən Beynəlxalq Amnistiya Təşkilatı bu yaxınlarda BƏƏ-nin Yəməndə və Liviyada dinc sakinlərə qarşı müharibə cinayətini işlədiyini də açıqlamışdı.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi zamanı Birləşmiş Ərəb Əmirlikləri işğalçı Ermənistan tərəfindən döyüşən PKK terror təşkilatını da silahlandırmışdı. Təhlükəsizlik mütəxəssislərinin məlumatına görə, silahlar yunan mənşəli şirkətə aid yük təyyarəsi ilə göndərilib. Silah və partlayıcılar daha sonra Qarabağdakı PKK/KCK-li terrorçulara çatdırılıb. Azərbaycanın Ali Baş Komandanı bu "yardım"dan xəbərdar olduğunu dəfələrlə çıxışlarında gilə gətirmişdi.
Məlumat üçün bildirək ki, Türkiyə Silahlı Qüvvələrinin bölmələri Liviyada BMT tərəfindən qanuniliyi tanınan Milli Barışıq Hökumətinə Haftara qarşı döyüşlərdə dəstək verir.
Zümrüd
-
Magazin101:11Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər


































