Digər
Pakistanda elektrik enerjisi bərpa edildi - YENİLƏNDİ
Ötən gecə Pakistanda elektrik enerjisinin kəsilməsindən sonra başladılan işlər nəticəsində bir çox şəhərdəki nasazlıqlar aradan qaldırılıb.
Publika.az xəbər verir ki, ölkənin Energetika naziri Ömər Əyyub Xan açıqlamasında Lahor, Karaçi, Peşavar və Qucranvala kimi şəhərlərin əhəmiyyətli hissəsində elektrik çatışmazlıqlarının düzəldildiyini bildirib.
Nazir elektrik enerjisinin kəsilməsi ilə bağlı işlərin bütün ölkədə davam etdiyini vurğulayıb. Həmçinin, İslamabad Elektrik Təchizatı Şirkəti paytaxtın müxtəlif bölgələrinə elektrikin verilməsinə başladığını açıqlayıb. Gün ərzində ölkənin digər bölgələrinə də elektrik enerjisinin veriləcəyi gözlənilir.
Akqabay
xxx
Şənbə günü Pakistanda baş verən elektrik qəzası nəticəsində şəhərlər qaranlığa qərq olub.
Publika.az Thenews.com.pk-ya istinadla xəbər verir ki, işıqsız qalan şəhərlər arasında Karaçi, Lahor, Pişəvər, Multan, Quetta, Ravalpindi, Faisalabad, Muzaffargarh, Narowal, Bhakkar, Kabirwala, Khanewal, Bahawalpur və Sukkur var.
Bundan əlavə qəza Azad Kəşmirə qədər uzanıb. Bəlucistanın 29 bölgəsi elektrik enerjisiz qalıb.
Qəza səbəbindən mobil və internet xidmətlərinin verilişində də problemlər yaranıb.
İlkin məlumata görə, elektrik kəsintisinə səbəb kiber hücum olub.
Enerji naziri Ömər Əyub hadisə ilə bağlı "Twitter"də paylaşım edib:
İlk hesabata görə, saat 13:41-də Gudduda nasazlıq yaranıb.
Nasazlıq ölkənin yüksək ötürücüsünə təsir edib. Nəticədə, sistemin tezliyi saniyədə 50-dən 0-dək azalıb.
Elektrik stansiyaları tezliyin düşməsi səbəbindən enerjinin ötürülməsini dayandırıb.
Hüseyn
-
Sosial22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı

























.jpg)









