Digər
Fevralın 7-nə qədər fövqəladə vəziyyət olacaq - Tibb Federasiyası hərəkətə keçir
Yaponiyada 1 gün ərzində koronavirus səbəbilə 100-dən çox ölüm yaşanması Tibb Federasiyasını hərəkətə keçirib.
Publika.az xəbər verir ki, ölkə miqyasında fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi gözlənilir.
Federasiya prezidenti Nakaqava Toşio koronavirusun səhiyyə sistemini təsiri altına aldığını açıqlayıb. Onun sözlərinə görə, bəzi xəstəxanalar COVID-19 xəstəsi olmayanları evə göndərir. Yoluxma sayında artımın qarşısı alınmasa, səhiyyə infrastrukturu çökə bilər.
Qeyd edək ki, Yaponiyada 304 min 752 nəfər virusa yoluxub, 4 min 289 nəfər ölüb. 900 nəfərin müalicəsi reanimasiyada aparılır.
Paytaxt Tokio, şimalındakı Saitama, şərqindəki Çiba, cənubundakı Kanaqava əyalətlərində 8 yanvardan bəri fövqəladə vəziyyət rejimi tətbiq olunur.
Fövqəladə vəziyyət rejiminin 11 əyalətdə 7 fevrala qədər davam etməsi planlaşdırılır.
Zümrüd
-
Dünya22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin121:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
























.jpg)









