Digər
Çin-Tayvan böhranı: ABŞ təyyarə gəmisini bölgəyə göndərdi
Asiya qitəsində Çinlə Tayvan arasında yaşanan gərginlikdən sonra ABŞ “USS Theodore Roosevelt” rəhbərliyindəki təyyarə gəmisi qrupunun dənizlərin azadlığını dəstəkləmək üçün şənbə günü Cənubi Çin dənizinə daxil olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən məlumat verilib.
Bildirilib ki, Çinin Tayvan da daxil olmaqla qonşularını qorxutmaq cəhdləri narahatlıq doğurur. ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Pekin rəhbərliyini Tayvana qarşı hərbi, diplomatik, iqtisadi təzyiqlərə son qoymağa çağırıb və demokratik seçkilər yolu ilə hakimiyyətə gələn Tayvan təmsilçiləri ilə dialoqa səsləyib.
Açıqlamada Vaşinqtonun Tayvanla əlaqələrini gücləndirməyə davam etdiyi, Çin ilə sözügedən ada ölkəsi arasında münasibətlərin sülh yolu ilə həll edilməsinin dəstəkləndiyi ifadə edilib. Rəsmi Pekin mövzu ilə bağlı açıqlama verməyib.
Tayvan Müdafiə Nazirliyi isə bildirib ki, Tayvanı Çin ərazisi olaraq qəbul etmək məqsədilə təzyiq altına almaq üçün Çin tərəfindən şənbə günü ölkənin cənub-qərbindəki hava sahəsinə nüvə silahı daşıyan səkkiz bombardmançı və dörd reaktiv təyyarə gətirilib.
Çinin Tayvana yönəlik bu addımının Co Baydenin ABŞ-da prezident vəzifəsinə başlamasından dərhal sonra baş verdiyi vurğulanıb. Baydenin bu mövzuda Çinə olan təzyiqini azaldacağı gözlənilmir, ancaq tərəflər arasındakı dialoqa qayıdışı dəstəkləyəcəyi ehtimal edilir.
Akqabay
-
Kriminal20:00Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı - - DTX-dən əməliyyat
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir






































