Digər
SON DƏQİQƏ: Hindistanla Çin arasında müharibə - Yaralılar var - (YENİLƏNDİ)
Çinin “Global Times” qəzeti Hindistan mediasının sərhəddə toqquşma olması ilə bağlı iddialarını yalanlayıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, qəzetin tvitter hesabında iddianın reallığı əks etdirmədiyi bildirilib.
Qəzet qeyd edir ki, sərhəd bölgəsindəki vəziyyət nəzarət altındadır.
****
10:44
Hindistan və Çin sərhədində toqquşma olub.
Publika.az TASS-a istinadən xəbər verir ki, nəticədə, 20 çinli və 4 hind əsgərinin yaralandığı bildirilir.
“Latesly” informasiya portalının məlumatına görə, Hindistanın Himalay əyalətinin Naku-La aşırımında Çin ordusunun hərbçiləri Hindistan ərazilərini işğal etməyə cəhd göstərib. Hindistan hərbçiləri onların cəhdini cavabsız qoymayıb.
Qəzetin yazdığına görə, ərazidəki vəziyyət artıq nəzarət altındadır.
Digər təfərrüatlar barədə hələ məlumat verilməyib.
Bu məlumat Hindistan və Çinin quru qoşunları komandanlığı nümayəndələrinin sərhəd bölgələrindəki vəziyyəti və qoşunların geri çəkilməsi məsələlərini müzakirə etdikləri danışıqlardan bir müddət sonra ortaya çıxıb.
“Times of India” qəzetinin verdiyi məlumata görə, iclasda 14-cü Hindistan Ordusu Korpusunun komandiri general-leytenant Menon və Çin Xalq Qurtuluş Ordusunun Cənubi Sincan Hərbi Dairəsinin komandanı general Liu Ling iştirak edib. İclas bazar günü başlayıb və 15 saat davam edib. Bu, doqquzuncu belə görüş olub.
Zümrüd
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































