Digər
Minlərlə insan öldü, milyardlarla zərər dəydi - İqlim dəyişikliyinin fəsadları
Dünyada təbii fəlakətlərin sayı artıb.
Publika.az xəbər verir ki, “Germanwatch” ətraf mühit təşkilatının mütəxəssislərinin hazırladığı Qlobal Risk İndeksinə (KRI) əsasən, ekstremal təbii hadisələrin sayının artması birbaşa iqlim dəyişikliyi ilə bağlıdır.
“Deutsche Welle”nin yayımladığı məqaləyə görə, 2019-cu il tarixə dağıdıcı qasırğalar ili kimi daxil olacaq.
Təhlil göstərir ki, inkişaf etməkdə olan ölkələr fırtına, sel və quraqlıq kimi təbii fəlakətlərə qarşı xüsusilə həssasdır. Ancaq inkişaf etmiş ölkələrdə də təbii fəlakətlərdən gələn ziyan artmaqdadır.
Reytinqə görə, 2019-cu ildə Mozambik, Zimbabve və Baham adaları təbii fəlakətlərlə ən çox üz-üzə qalan bölgələrdir. İlk onluğa Yaponiya, Malavi, Əfqanıstan və Hindistan da daxildir.
Mozambik, Zimbabve və Malavi Hind okeanının qərbindəki rekord səviyyədə ən dağıdıcı siklon olan tropik “İdai” qasırğasına məruz qalıb. 3 ölkədə 1100 nəfərdən çox adam ölüb, ümumi zərər 6 milyard dolları keçib.
Son 20 ildə (2000-2019) baş verən ekstremal hava hadisələrinin təsirinə diqqət çəkən uzunmüddətli indeksdə ən çox zərər görən ərazilərin Puerto Riko, Myanma və Haiti olduğu bildirilir. Onları Filippin, Mozambik və Baham adaları izləyir.
Ümumilikdə, 2000-ci ildən 2019-a qədər olan dövrdə ekoloqlar dünyada 11 mindən çox ekstremal hava hadisəsinin qeydə alındığını və bunun nəticəsində 480 000 nəfərin öldüyünü qeyd edib. Bu müddət ərzində maddi ziyan 2,56 trilyon ABŞ dollarını keçib.
Uzunmüddətli indeksdə təbii fəlakətlərə ən həssas olan 10 ölkədən 8-i adambaşına gəliri az olan ölkələr qrupuna daxildir. Lakin Yaponiyanın 2019-cu il üçün indeksdə 4-cü yeri tutması və Almaniyanın uzunmüddətli indeksdə ilk 20 ölkə arasında olması inkişaf etmiş ölkələrin də ekstremal təbii hadisələrin qurbanına çevrildiyini göstərir.
Zümrüd
-
ABŞ02:12Bill Qeytsin qızı 20 il həbsdə yata bilər - Görün nə edib
-
Dəb01:11Payız mövsümünün əsas saç trendi bəlli oldu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sizi romantik və unudulmaz anlar gözləyir
-
Kriminal13 Avqust 23:24Biləsuvarda qətlə yetirilən Şölətin FOTOSU
-
İKT13 Avqust 23:12"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR
-
İdman13 Avqust 23:00Konfrans Liqası: "Qarabağ"ın pley-offdakı rəqibi dəqiqləşdi
-
Magazin113 Avqust 22:36Mətanət İsgəndərli plastik əməliyyatdan sonra... - VİDEO
-
Sosial13 Avqust 22:24Biləsuvarda qətl hadisəsi - 16 yaşlı şübhəli saxlanıldı




































