Digər
347 nəfəri öldürən vulkan 6 saatda 22 dəfə püskürdü
İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanı son 6 saatda 22 dəfə püskürüb.
Publika.az xəbər verir ki, bu barədə ölkənin Vulkanologiya və Geoloji Fəlakəti Azaltma Mərkəzi məlumat yayıb.
Bildirilib ki, püskürən lava kütləsi dağın cənub-qərb istiqamətindəki yamacdan 1600 metr axıb.
2020-ci ildəki partlayışlardan sonra bölgədən təxliyə olunan sakinlər geri qayıtsa da, hazırda onların təhlükəsizliyi üçün heç bir tədbir görülmür.
Səlahiyyətli şəxslər narıncı təhlükə kateqoriyasına daxil olan və son dövrdə hərəkətliliyin artdığı vulkanın 5 km əhatəsinə yaxınlaşmamaq xəbərdarlığı edir.
Qeyd edək ki, Merapinin 2010-cu ildə püskürməsi zamanı 347 nəfər həlak olmuşdu.
Zümrüd
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




































