Digər
ÜST ekspertləri koronavirusun ortaya çıxdığı bazarda - FOTOLAR
Koronavirusun mənşəyini araşdırmaq üçün epidemiyanın mərkəzi olan Uhana gedən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrupu virusun ilk dəfə ortaya çıxdığı iddia edilən qida bazarını ziyarət edib.
Publika.az xəbər verir ki, ABŞ, Avstraliya, Almaniya, Yaponiya, İngiltərə, Rusiya, Niderland, Qətər və Vyetnamdan olan mütəxəssis və tədqiqatçılardan ibarət heyət 14 yanvarda xüsusi təyyarə ilə şəhərə gəlib.

Şəhərə gəldikdən sonra 14 gün karantinə alınan nümayəndə heyəti onlayn görüşlər vasitəsilə Çin rəsmiləri ilə məlumat mübadiləsi aparıb.
Sonra heyət bazarı ziyarət edib. Bazarın ətrafına yüksək çəpərlərin qoyulduğu görülsə də, ÜST nümayəndə heyətinin gəlişi ilə bu çəpərlərin endirildiyi, ancaq sonra yenidən qapıların bağlandığı bildirilib.

Yüzlərlə satış yerinin olduğu bu bazarda bəzi canlı heyvanların satıldığı açıqlanıb və buna görə də beynəlxalq ictimaiyyət koronavirusun canlı heyvanlardan keçdiyini iddia edir.
Akqabay
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər




































