Digər
MOSSAD-ın 8 aylıq DƏHŞƏTLİ SUİ-QƏSD PLANI - Fəxrizadəni parça-parça...
İsrailin kəşfiyyat təşkilatı MOSSAD iranlı nüvə alimi Möhsün Fəxrizadəni 8 aylıq plan nəticəsində öldürüb.
Publika.az xəbər verir ki, bu iddia İngiltərənin “The Jewish Chronicle” qəzeti tərəfindən kəşfiyyat mənbələrinə istinadən yayımlanıb.
Qəzetin xəbərinə görə, sui-qəsd İrana parça-parça daxil edilən 1 tonluq uzaqdan idarəetməli silahla təşkil edilib.
MOSSAD-ın 2018-ci ildə İranda apardığı əməliyyatlarda ələ keçirilən sənədlərdə Fəxrizadənin nüvə proqramının əsas şəxsi olduğu təsbit edilib. Planın tətbiqinə isə 2020-ci ilin mart ayında başlanılıb. Əvvəlcə bir qrup İsrail agenti yerli agentlərlə birlikdə çalışmaq üçün İrana göndərilib.
Həm israilli, həm də iranlılardan ibarət 20 agentin yer aldığı komanda Fəxrizadəni izləməyə başlayıb.
Qaynaqlardan biri komandanın son dərəcə detallı, dəqiqə-dəqiqə plan hazırladığını açıqlayıb: “8 ay adamla birlikdə nəfəs aldılar. Onunla ayıldılar, onunla yatdılar, onunla səyahət etdilər. Təraş losyonu istifadə etsəydi, onun belə qoxusunu ala bilərdilər”.
Sonda alimin cümə günü Tehranın şərqindəki villasına gedərkən öldürülməsinə qərar verilib. İstiqamət, sürət, saat və hətta istifadə ediləcək qapılar nəzərə alınaraq uzaqdan idarəetməli və dəlillərin yox edilə bilməsi üçün bomba yerləşdirilmiş silah hazırlanıb.
Partlayıcı daxil, bir ton ağırlığındakı silah parça-parça İrana daxil edilib. Yol kənarındakı bir yük maşınının içinə yerləşdirilən silah Fəxrizadənin avtomobili yaxınlaşanda agentlər tərəfindən işə salınıb.
Fəxrizadə 13 güllə ilə öldürüldükdən sonra MOSSAD komandası bombanı partladıb. Qaynaqlardan biri agentlərin hamısının İrandan çıxmağı bacardığını söyləyib.
Sui-qəsdin ABŞ-ın müdaxiləsi olmadan İsrail tərəfindən gerçəkləşdirildiyi qeyd olunub.
Zümrüd
-
Hadisə18:00Ölümlə nəticələnən kütləvi davada tanınmış idmançı da saxlanılıb - Foto
-
Avropa17:46Slavi Binevi öldürdülər: Türkiyə vətəndaşları saxlanıldı
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər


























.jpg)









