Digər
NASA qızıl çaylarının görüntülərini paylaşdı - FOTO
ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) Perunun Amazon musson meşələrindəki qanunsuz qızıl mədənçiliyini fotolarla ortaya çıxarıb.
Publika.az xəbər verir ki, idarə kameraya əks olunan və “qızıl çayları” adlandırılan bölgələrin sənədsiz mədənçilər tərəfindən “yaradıldığını” bildirib.
NASA normal şəraitdə görünməyən çuxurların əks olunan Günəş işığı ilə aydınlaşdığını vurğulayıb.
Qeyd edək ki, Peru dünyanın öndə gələn qızıl ixracatçıları arasında yer alır. Madre de Dios bölgəsində minlərlə mədənçi qazancını qanunsuz qızıl axtarışlarından təmin edir. Amma bu fəaliyyətlər bioloji müxtəlifliyə mənfi təsir göstərir. Meşələrin qırılmasına və yaşayış yerlərinin yox olmasına yol açır. Eyni zamanda, yerli etnikləri zəhərləyən qazıntılarda tonlarla civədən istifadə olunur. Elm adamları əhəmiyyətli miqdarda civənin çayları və atmosferi çirkləndirdiyinə diqqət çəkir.
Zümrüd
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































