Digər
ABŞ-dan türkləri qətlə yetirənlərə qarşı ŞOK HƏMLƏ
ABŞ Suriyadakı PKK/PYD terror təşkilatı bölgəsinə hərbi karvan göndərib.
Publika.az xəbər verir ki, terrorçulara silah daşıyan yük maşınları Suriyanın şimal-şərqindəki Qamışlı şəhərində görüntülənib.
“Sputnik” karvanın İraqdan Suriyaya giriş etdiyini, Deyr-əz-Zor şəhərindəki Əl-Ömər neft sahəsinə silah, avadanlıq və logistika təchizatı daşıdığını vurğulayıb.
Suriyanın SANA rəsmi informasiya agentliyi ABŞ-ın buradakı işğalını qüvvətləndirməyi planlaşdırdığını yazıb. Agentlik Haseki vilayətinin cənub-şərqindəki 2 ABŞ hərbi helikopterinin Əl-Şəddadi bazasına enərkən görüntüləndiyini bildirib. Helikopterlər 25-ə yaxın ABŞ əsgərini götürərək şərqə - İraq sərhədinə yaxın yerə aparıb.
Qeyd edək ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi ötən həftə ölkəsinin Suriyada 900 əsgəri olduğunu açıqlamışdı.
Xatırladaq ki, ötən həftə PKK Kandillidə 2015-16-cı illərdə girov götürdüyü 13 türk vətəndaşını qətlə yetirmişdi.
Zümrüd
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































