Digər
Türk məhsullarında virus tapıldı - İdxala qadağa qoyuldu
Özbəkistan Türkiyəyə bildiriş göndərib.
Publika.az xəbər verir ki, Bursa vilayətindən ölkəyə idxal olunan pomidor və bibər toxumuna müvəqqəti qadağa tətbiq edilib.
Özbəkistan Nazirlər Kabineti yanında Dövlət Bitki Karantini Müfəttişliyi (Uzgoskarantin) məhsulların idxalı zamanı müəyyən edilmiş fitosanitar tələblərin pozulmasını aşkarlayıb. Belə ki, “Bursa Toxum Yetişdirmə və Tic” şirkəti tərəfindən idxal olunan 85 kiloqram toxumda pomidorların qəhvəyi qırışması virusu tapılıb.
Qeyd edək ki, ötən ilin noyabr-dekabr aylarında Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (Rosselxoznadzor) məhsullarda qəhvəyi qırışıq virusu aşkar edildikdən sonra Özbəkistanın üç bölgəsindən pomidor və bibər idxalına müvəqqəti qadağa tətbiq etmişdi. Özbəkistan tərəfinin istehsal sahələrində apardığı araşdırmanın nəticələri və respublikanın bu bölgələrindəki istixanaların vəziyyətini təhlil etməsi barədə məlumat verdikdən sonra qadağa aradan qaldırılıb.
Zümrüd
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!





































