Digər
ABŞ-ın strategiyası bəlli oldu - Türkiyə ilə sərhədə ordu yerləşdirir
ABŞ Prezidenti Cozef Bayden Administrasiyasının Türkiyə ilə sərhəddə hərbi baza qurmaq üçün hərəkətə keçdiyi bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “Arab News” informasiya portalı iddia dərc edib.
Nəşrin məlumatına görə, İŞİD-lə mübarizə koalisiyası Türkiyə-Suriya sərhədində bazanın inşası üçün hərəkətə keçib.
Yeni baza üçün müəyyənləşdirilən sahə YPG-nin Demokratik Suriya Qüvvələri qolunun nəzarətindəki Hasekinin Ayn Divar (Çavuşköy) hissəsindədir. Bu nöqtə Türkiyə-Suriya sərhədinin ən şərq hissəsində yerləşir.
Qeyd edək ki, “Arab News” ötən həftə Rusiya hərbi polisinin ABŞ-ın İraqdakı bazalarına logistika və hərbi dəstək göndərmək üçün istifadə etdiyi Ayn Divardakı magistral yolun yaxınlığına yerləşdiyini yazmışdı. Xəbərdə Suriya İnsan Haqları Müşahidə Şurasının koalisiyanın 50 zirehli avtomobil və yük maşınından ibarət karvanının ötən həftə bölgəyə çatdığını müəyyənləşdirdiyi bildirilmişdi.
Zümrüd
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

















.jpg)









.jpg)










