Digər
Yaponiyada YENİ MUTASİYA tapıldı: daha tez yoluxur, vaksinləri "öldürür"
Yaponiyada koronavirusun vaksinlərə qarşı müqavimətli olduğu ehtimal edilən yeni mutant versiyası tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Yaponiya Milli Yoluxucu Xəstəliklər İnstitutu məlumat yayıb.
Xəbərə görə, mutant versiya ölkəyə xaricdən gəlib və mövcud vaksinlərin effekitvliyini potensial olaraq azalda bilir.
Səhiyyə işçiləri bildirir ki, yeni mutant Cənubi Afrika və Braziliya ştammları ilə eyni formada proteindən mutasiyaya uğrayıb, amma Britaniya ştammında rast gəlinən N501Y dəyişikliyini daşımır.
Rəqəmsal çarpaz analizlər aparılsa da, mutasiyanın haradan daxil olduğu müəyyənləşdirilməyib.
“Asahi” qəzeti yazır ki, mütəxəssislər mutant versiyanın, xüsusilə, “AstraZeneca” və Oksford tərəfindən hazırlanan vaksini zərərsizləşdirəcəyindən qorxur.
Yaponiya Kabineti Katibliyinin rəhbəri Katsunobu Kato mutasiyanın 2-si xarici vətəndaş olmaqla, 93 nəfərə yoluxduğunu açıqlayıb.
Elm adamları ştammın mövcud növlərdən daha yoluxucu olduğunu ehtimal edir.
Xatırladaq ki, Yaponiyada bu günə qədər 420 mindən çox yoluxma, 7 min 300 ölüm qeydə alınıb.
Zümrüd
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Region15:50Ermənilər Paşinyana "ailəmiz sizə sitayiş edir" deyən qadını söyürlər
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər

















.jpg)









.jpg)










