Digər
Qız liseyinə silahlı hücum - 300 şagird qaçırıldı
Nigeriyada silahlı şəxslər məktəbə hücum edib.
Publika.az xəbər verir ki, Zamfara əyalətinin Canqebe bölgəsindəki qız liseyinə hücum təşkil edənlər 300 azyaşlı qızı qaçırıb.
Yerli sakinlər qaçırılan məktəbli qızları xilas etmək üçün axtarışlara başlayıb.
RİA “Novosti” yerli “PM News” qəzetinə istinadən xəbər verir ki, onlarla silahlı əvvəlcə məktəbin yaxınlığındakı hərbi posta hücum edib, sonra məktəbə soxulub.
Qəzet yazır ki, hücum zamanı bir neçə hərbçi yaralanmış ola bilər, ancaq itkilərin olub-olmadığı məlum deyil.
Qeyd edək ki, bu, Nigeriyada ilk belə hadisə deyil. Daha əvvəl dəfələrlə silahlı qruplaşmalar məktəblərə hücum edərək şagirdləri qaçırıb və əvəzində pul tələb edib.
Zümrüd
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı














.jpg)












.jpg)









