Digər
Pakistanda dəhşətli qəza - Onlarla yaralı var
Pakistanda sərnişin qatarının relsdən çıxması nəticəsində baş verən qəzada bir nəfər həyatını itirib, azı 40 nəfər yaralanıb.
Publika.az xəbər verir ki, hadisə ölkənin Sind əyalətinin Sukkur şəhərindən Lahora gedən qatarda baş verib.
Qatarın 18 vaqonundan 9-nun relsdən çıxdığı qəzada həyatını itirən bir nəfər qadın olub. Axtarış-xilasetmə qrupları hadisə yerində fəaliyyətlərini davam etdirirlər, polis qəza ilə əlaqədar istintaq başladıb.
Yaralanan iki nəfərin vəziyyətinin kritik olduğu və xəstəxanaya köçürüldüyü, digər yaralıların isə ambulator müalicə olunduğu açıqlanıb.
Pakistan Federal Dəmir Yolları naziri Məhəmməd Azam Xan Svati qəzanın səbəbini araşdırmaq üçün iki vəzifəli şəxsin təyin olunduğunu qeyd edib və mexanikin günahkar olduğu təqdirdə lazımi tədbirlərin görüləcəyini bildirib.
Akqabay
-
Region14:39Ermənistanda radikalları qəzəbləndirən olay: Andranikin mozaikası məktəbdən söküldü - Foto
-
ABŞ14:19Rubio kubalıları kəşfiyyat ilə əməkdaşlığa çağırdı: "Dəyişiklik vaxtıdır!"
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
ABŞ13:30Ruslar ABŞ PUA-larını vurdular
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı














.jpg)












.jpg)









